Amsterdamda növbəti partlayış olub

Partlayış zamanı zərərçəkən olmayıb

Amsterdamda növbəti dəfə bombalı məktub partlayıb.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, “İNGBank”ın şəhər ofisində baş verən kiçik partlayışda zərərçəkən olmayıb.

Polisin məlumatına görə, hadisə yerində bir nəfər tüstünü tənəffüs etdiyinə görə ehtiyat tədbiri olaraq tibbi təcili yardım göndərilib.

Xatırladaq ki, dünən səhər saatlarında Amsterdamda bir ofisdə, habelə Kerkrade şəhərində poçt bölməsində də məktublar partlayıb.

Qeyd edək ki, dekabr ayının sonu - yanvarın əvvəllərində də Amsterdam, Rotterdam, Utrext, Maastrixt şəhərlərində yerləşən müxtəlif iş yerlərində 7 məktub partlayıb.