Qəni seçicilərin 50,64%-nin səsini toplayıb Qəni seçicilərin 50,64%-nin səsini toplayıb

Əşrəf Qəni yenidən prezident seçildi

Qəni seçicilərin 50,64%-nin səsini toplayıb

Əfqanıstanın hazırkı rəhbəri Əşrəf Qəni yenidən prezident seçkilərinin qalibi olub.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müstəqil Seçki Komissiyasının (MSK) sədri Havu Ələm Nuristaninin açıqlamasında deyilir. O bildirib ki, Qəni seçicilərin 50,64%-nin səsini toplayaraq ikinci müddətə prezident seçilib.

Səsvermənin nəticələrinə görə, ikinci yeri 39,52% səslə Abdulla Abdulla, üçüncü yeri 3,85% səslə Gülbəddin Hikmətiyar tutub.

Qeyd edək ki, MSK-nın nəticələri elan etməsindən sonra Abdulla “Facebook” səhifəsində bununla razılaşmayaraq səslərin yenidən hesablanmasını tələb edib.

Xatırladaq ki, Əfqanıstanda prezident seçkiləri ötən il sentyabrın 28-də keçirilib. İlkin nəticələr elan olunduqdan sonra Əfqanıstanın Şikayətlər və İradlar Komissiyasına 16,5 min şikayət daxil olmuşdu.