Rusiyanın Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik açıqlama verməyib Rusiyanın Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik açıqlama verməyib

Türkiyə üzərindən yol tapmayan Rusiya təyyarələri Xəzərdən uçdu - Suriyaya

Rusiyanın Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik açıqlama verməyib

Rusiya Bəşər Əsəd rejiminə dəstək üçün Suriyaya hərbi sursat və Su-24 qırıcılarını göndərib.

AzNews.az xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb .

Türkiyə öz hava sahəsini Rusiyaya bağladığı üçün Tu-154M tipi hərbi yük təyyarələri Xəzər dənizi üzərindən uçub.

Rusiyanın Müdafiə Nazirliyi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Xatırladaq ki, dünən Suriyada Bəşər Əsəd rejiminin qüvvələri Türkiyə Silahlı Qüvvələrinə hücum edib. Nəticədə 2 əsgər ölüb.

Qeyd edək ki, İdlibdə rejim qüvvələrinin Türk ordusuna hücumundan və Rusiyanın rejimi dəstəkləməsindən sonra Türkiyə-Rusiya arasında münasibətlər gərginləşib.

Pərvanə