“Türkiyə nə edirsə insanlıq naminə edir” “Türkiyə nə edirsə insanlıq naminə edir”

“Bütün dünyaya çağırış edirik” – Burada dəhşətli fəlakət yaşanır

“Türkiyə nə edirsə insanlıq naminə edir”

“Türkiyə indi də siyasi, diplomatik və hərbi gücü ilə bu bölgədədir”.

AzNews.az xəbər verir ki, bunu Suriya Türkmən Məclisinin sədri Məhəmməd Vəcih Cümə deyib.

Sədr bölgədə çox böyük bir bəşəri faciənin yaşandığını və 4 milyon insanın sərhədlərdən kənarda çox çətin şəraitdə yaşadığını bildirib: “Bunların 1 milyonundan çoxu ev-eşiyindən didərgin salınıb, ailə üzvləri şəhid edilib, qalanları isə bu bölgəyə köçüblər. Bəziləri çadırlarda, bəziləri isə ağacların altında yaşayır. Burada dəhşətli bir bəşəri faciə yaşanır. Çox şükür ki, bu insanların Türkiyəsi var. Türkiyə indi də siyasi, diplomatik və hərbi gücü ilə bu bölgədədir. Türkiyə insanlıq naminə bu bölgədədir və insanların ölməməsi, torpaqlarını tərk etmək məcburiyyətində qalmaması üçün səy göstərir”.

Soçi razılaşmasının münaqişəsiz bölgə və gərginliyin azalması mənasına gəldiyini qeyd edən Cümə Əsəd rejiminin buna baxmayaraq Rusiyanın dəstəyi ilə hər yeri bombaladığını deyib.

Məhəmməd Vəcih İdlib bölgəsinin dünyanın diqqətini çəkdiyini, lakin bu insanlara yalnız Türkiyənin sahib çıxdığını xüsusilə vurğulayıb: “Dünən BMT Təhlükəsizlik Şurasında bir toplantı vardı. Rusiya atəşkəs rejiminə dair qətnaməyə veto qoydu. Bu çox qəribədir. Türkiyə xaric, ABŞ və Avropa ölkələri isə sadəcə ‘məruzə’ oxudular. Biz meydandayıq, ancaq o insanların yardım əli uzatdığını görmürük. Hətta humanitar yardımlarını da görmürük. Bütün dünyaya, bəşəriyyətə çağırış edirik. Burada dəhşətli və çox böyük bir fəlakət yaşanır. Hər kəsin əlini bu daşın altına qoymasını istəyirik. Türkiyə burada nə edirsə insanlıq naminə edir”.

Ləman Hüseynzadə