Sınaqlarda 36 nəfərdən ibarət 3 qrup olmaqla 108 könüllü iştirak edib Sınaqlarda 36 nəfərdən ibarət 3 qrup olmaqla 108 könüllü iştirak edib

Çin koronavirus peyvəndini digər ölkələrdə də sınamaq istəyir

Sınaqlarda 36 nəfərdən ibarət 3 qrup olmaqla 108 könüllü iştirak edib

Çin alimləri preparatların effektivliyinə dair daha dəqiq nəticələr əldə etmək üçün koronavirusa qarşı peyvənd sınaqlarının bir hissəsinin xarici ölkələrdə keçirilməsinin mümkünlüyünü nəzərdən keçirirlər.

AzNews.az “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, Çində koronavirusa qarşı peyvəndin klinik sınaqları martın 16-da başlayıb.

Sınaqlarda 36 nəfərdən ibarət 3 qrup olmaqla 108 könüllü iştirak edib.

Testlərin ilkin mərhələsi artıq başlayıb, lakin neçə nəfər könüllüdə tətbiq olunduğu hələ ki, məlum deyil.

Dövlət Tənəffüs Xəstəlikləri Laboratoriyasının viroloqu Çen Linin sözlərinə görə, testlərin ikinci və üçüncü mərhələləri üçün minlərlə könüllü tələb olunacaq. Bu səbəbdən testlərin virusdan ən çox təsirlənən ölkələrdə aparılması daha sürətli və daha dəqiq nəticələrin əldə olunmasına kömək edəcək.

“Biz virusun yayılmasını çox tez bir zamanda dayandırdıq. Hazırda isə peyvəndin sonrakı sınaqlarının keçirilməsi üçün kifayət qədər təsdiqlənmiş yoluxmuş şəxslərə ehtiyacımız var. Peyvənd olunan və olunmayanlar arasında peyvəndin hərəkətində statistik əhəmiyyətin olub- olmadığını öyrənmək üçün minlərlə insanın testdən keçməsi tələb oluna bilər”,- deyə Çen Li qeyd edib.