Dünyada koronavirusdan ölənlərin sayı 70 mini keçdi

Epidemiya ümumilikdə 208 ölkədə qeyd alınıb

Dünyada COVİD-19-a yoluxanların sayı 1, 282, 041 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına görə, onlardan 70, 172-si vəfat edib. 269, 484 nəfər sağalıb.

Epidemiya ümumilikdə 208 ölkədə qeyd alınıb.

Koronavirusa yoluxma sayına görə ABŞ (336, 851 nəfər), ölüm sayına görə isə İtaliya (15, 887nəfər) ilk yerdədir.