- Dünyanın halı
- 20 May 2020 23:56
- 3 313
Malidə qəza, 20 ölü, 11 yaralı

Hadisə ölkənin cənub-qərbində Solabuqud və Naren şəhərləri arasında baş verib
Mali Respublikasında mikroavtobusla yük maşını toqquşub.
AzNews.az “TASS”a istinadən xəbər verir ki, nəticədə azı 20 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisə ölkənin cənub-qərbində Solabuqud və Naren şəhərləri arasında baş verib.
Nəqliyyat naziri İbrahim Əbdül Li ölənlərin ailələrinə başsağlığı verib, Ramazan bayramı ərəfəsində sürücüləri yollarda diqqətli olmağa çağırıb.