Aprelin əvvəlində Dorsi koronavirusla mübarizəyə 1 milyard dollar ayırmışdı Aprelin əvvəlində Dorsi koronavirusla mübarizəyə 1 milyard dollar ayırmışdı

“Twitter”in qurucusundan 10 milyonluq ianə

Aprelin əvvəlində Dorsi koronavirusla mübarizəyə 1 milyard dollar ayırmışdı

Twitter kompaniyasının baş direktoru Cek Dorsi koronavirus pandemiyasından zərər çəkən hər bir ailəyə maddi yardım etmək üçün qarşısına 100 milyon dollar yığmaq məqsədi qoyan qeyri-kommersiya təşkilatları qrupuna 10 milyon dollar ianə edib.

AzNews.az bildirir ki, bu barədə “Forbes” jurnalı “GiveDirectly” layihəsinin iştirakçısı olan təşkilatın məlumatına istinadən xəbər verib.

Təşkilatın saytında, həmçinin digər ianə edənlərin siyahısı yer alıb. Onların arasında biznesmen Endrü Yanq, müğənnilər Ariana Qrande və Con Ledjend, Stiven Kolbertin müəllif şousu, Milli Basketbol Assosiasiyası və “Google” şirkəti var.

Xatırladaq ki, aprelin əvvəlində Dorsi koronavirusla mübarizəyə 1 milyard dollar ayırmışdı.