- Dünyanın halı
- 3 İyun 2020 12:00
- 2 956
Nyu-Yorka qoşun yeridilsin - Trampın çağırışı
Tramp “Twitter” səhifəsində yazıb
ABŞ Prezidenti Donald Tramp etiraz aksiyalarının davam etdiyi Nyu-York şəhərinə qoşunları yeritməyə çağırıb.
Məlumata görə, bu barədə D.Tramp öz “Twitter” səhifəsində yazıb.
Prezident vurğulayıb ki, Nyu-Yorkda vəziyyət nəzarətdən çıxıb: “Şəhərin meri və ştatın qubernatoru etirazları dərhal dayandırmalıdır”.
D.Tramp daha sonra ştat rəhbərliyinin federal qoşunları köməyə çağırmasını gözlədiyini yazıb. (Trend)
AzNews.az