- Dünyanın halı
- 24 İyun 2020 02:52
- 3 018
BMT-nin 28 işçisi koronavirusdan ölüb
Ölən şəxslərin çalışdığı ölkə və ya ofis barədə açıqlama verilməyib
Birləşmiş Millətlər Təşkilatının 28 işçisi koronavirusdan ölüb.
AzNews.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın Cenevrədəki qərargahının rəsmi nümayəndəsi Alessandra Veluççi məlumat yayıb.
Sənəddə iyunun 21-nə olan məlumata görə, BMT-nin 1140 əməkdaşında koronavirusa yoluxma aşkarlandığı, onlardan 28-nin vəfat etdiyi deyilir.
BMT rəsmisi ölən şəxslərin çalışdığı ölkə və ya ofis barədə açıqlama verməyib.
Pərvanə