39 819 nəfər yoluxub 39 819 nəfər yoluxub

Ermənistanda 772 nəfər koronavirusdan ölüb

39 819 nəfər yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 39 819 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 233 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 772 nəfər koronavirusdan ölüb, 7 491 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

AzNews.az