“Si Cinpin ilə gözəl münasibətlərimiz vardı" “Si Cinpin ilə gözəl münasibətlərimiz vardı"

Tramp Çin lideri ilə münasibətlərinin pozulduğunu açıqlayıb

“Si Cinpin ilə gözəl münasibətlərimiz vardı"

“Koronavirus pandemiyasının yayılması ilə Çin lideri Si Cinpinlə aramız bir qədər pozuldu”.

AzNews.az “Reuters”a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

O, çinli həmkarı ilə uzun müddətdir danışmadığını deyib: “Si Cinpin ilə gözəl münasibətlərimiz vardı (burada ötən il imzalanan ticarət sazişi nəzərdə tutulur – red.). Ona rəğbətim var, amma artıq eyni şeyi hiss etmirəm”.

Ağ Ev rəhbəri bu dəyişikliyin koronavirus pandemiyası zamanı ortaya çıxdığını da vurğulayıb.