- Dünyanın halı
- 14 Avqust 2020 22:19
- 3 444
COVID-19-a 286 min yeni yoluxma aşkarlanıb

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artıb.
AzNews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Belə ki, son 24 saatda dünyada koronavirusa 286 min 713 yeni yoluxma və 6 713 ölüm faktı qeydə alınıb.
Bildirilir ki, dünyada COVID-19-a yoluxanların sayı 20 730 456-ya, ölənlərin sayı isə 751 154-ə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.