"Bu çətin dövrdə bizi tək buraxın" "Bu çətin dövrdə bizi tək buraxın"

İngiltərədən sığınacaq istəyən nəvə Nazarbayev vəfat etdi

"Bu çətin dövrdə bizi tək buraxın"

Qazaxıstanın eks-prezidenti Nursultan Nazabayevə ağır itki üz verib.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, N. Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Londonda vəfat edib.

Qazaxıstan mətbuatının məlumatına görə, onun ölümünə səbəb infarkt olub.

Prezidentinin böyük qızı Dariqa Nazarbayeva və Rahat Əliyev məlumatı təsdiqləyib.

“Çox sevdiyimiz Aysultanı itirməyimiz ailəmizi məhv etdi. Bu çətin dövrdə bizi tək buraxın”, - D. Nazarbayeva bildirib.

Qeyd edək ki, Aysultan Nazarbayev 26 avqust 1990-cı ildə doğulub. İngiltərədəki Kral Hərbi Akademiyasından məzun olduqdan sonra Qazaxıstanın Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsində çalışıb.

Xatırladaq ki, Aysultan Nazarbayev fevral ayında “Facebook” səhifəsində İngiltərədə olduğunu və ailəsinin təzyiqlərinə görə sığınacaq istədiyini bildirmişdi.

Pərvanə