Səsvermə hüququ olan rumıniyalıların sayı 18 milyondan çoxdur Səsvermə hüququ olan rumıniyalıların sayı 18 milyondan çoxdur

Rumıniyada parlament seçkiləridir

Səsvermə hüququ olan rumıniyalıların sayı 18 milyondan çoxdur

Bu gün Rumıniyada parlament seçkiləri keçirilir.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb. Səsvermə 21:00-dək davam edəcək.

Rumıniyalılar 7 136 namizəddən 136 senator və 329 deputat seçməlidir. Parlamentarilər dörd il müddətinə seçilir. Səsvermə partiya siyahıları ilə keçirilir. Deputatlar Palatasına, həmçinin 42 müstəqil namizəd, Senata isə bir namizəd keçməyə çalışacaq.

Seçki reyestrinə daxil edilmiş səsvermə hüququ olan rumıniyalıların sayı 18 milyondan çoxdur.