Onu mərasimdə başqa keşiş əvəzləyib Onu mərasimdə başqa keşiş əvəzləyib

Erməni keşiş Paşinyanın olduğu mərasimə qatılmaqdan imtina etdi

Onu mərasimdə başqa keşiş əvəzləyib

Erməni apostol kilsəsinin Şirak yeparxiyasının baş keşişi Mikael Açapahyan baş nazir Nikol Paşinyanın da iştirak etdiyi dua mərasiminə qatılmaqdan imtina edib.

AzNews.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Açapahyan özü bildirib. O deyib ki, onu mərasimdə başqa keşiş əvəzləyib.

“Hələ bir həftə əvvəl müsahibələrimin birində demişdim ki, o, (Nikol Paşinyan – red.) nataraz insandır. İndiyədək də bu fikirdəyəm. Onun orada iştirakı mənim üçün xoşagəlməz idi”, - deyə baş keşiş bildirib.

Qeyd edək ki, Nikol Paşinyan ötən gün Spitak zəlzələsinin 32-ci ildönümü ilə əlaqədar Gümrüyə gedib.