Quterreş koronavirusla birgə mübarizə üçün kifayət qədər səy göstərmədikləri üçün ölkələri tənqid edib Quterreş koronavirusla birgə mübarizə üçün kifayət qədər səy göstərmədikləri üçün ölkələri tənqid edib

“Dünya ən güclü iqtisadi tənəzzüllə üzləşə bilər” - Quterreş

Quterreş koronavirusla birgə mübarizə üçün kifayət qədər səy göstərmədikləri üçün ölkələri tənqid edib

Pandemiyanın fonunda dünya son 80 ildə ən güclü iqtisadi tənəzzüllə üzləşə bilər.

AzNews.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

Quterreş koronavirusla birgə mübarizə üçün kifayət qədər səy göstərmədikləri üçün ölkələri tənqid edib.

“Pandemiyanın sosial və iqtisadi nəticələri böyükdür və onlar artmağa davam edirlər. Heç bir peyvənd artıq vurulan zərərləri düzəldə bilməz”, - Quterreş Nobel mükafatı forumunda bildirib.

“Biz səkkiz onillik ərzində ən böyük qlobal tənəzzüllə üz-üzəyik. Son dərəcə yoxsulluq artır, aclıq təhlükəsi yaxınlaşır”, - o deyib.