Bu barədə “NHK” telekanalı xəbər verib Bu barədə “NHK” telekanalı xəbər verib

Yaponiyada quş qripi yayılmaqda davam edir

Bu barədə “NHK” telekanalı xəbər verib

Yaponiyanın daha bir prefekturasında - Kotidə (Sikoku adası) quş qripi ocağı aşkarlanıb.

AzNews.az bildirir ki, bu barədə “NHK” telekanalı xəbər verib.

Qeyd olunur ki, həftənin əvvəlindən Kotidəki quşçuluq fermalarının birində 40 toyuq ölüb. Həmin əraziyə gələn sanitariyaya nəzarət üzrə mütəxəssislər quş qripinin mövcudluğunu təsdiqləyiblər. Bu səbəbdən sözügedən fermada 32 min quş məhv ediləcək, onun ətrafındakı ərazi isə karantin zonası elan olunacaq.

Yaponiyada quş qripi noyabrın əvvəlində aşkarlanıb. Bununla əlaqədar olaraq ölkə üzrə 2,7 milyondan çox toyuq məhv edilib.