Almaniyada ilk peyvənd 101 yaşlı qadına vuruldu

Qocalar evində 50 nəfərə sözügedən şirkətlərin istehsalı olan peyvəndlərdən vurulub

Almaniyada Biontech və Pfizer şirkəti tərəfindən istehsal olunan peyvəndlərin vurulmasına başlanılıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, peyvənd ilk olaraq 101 yaşlı Edit Kvoytsallaya vurulub. Edit Maqdeburq şəhəri yaxınlığındakı Halberstadt bölgəsində qocalar evində yaşayır.

Qocalar evində 50 nəfərə sözügedən şirkətlərin istehsalı olan peyvəndlərdən vurulub. Onlardan 10-u işçilərdir.

Rəsmi şəkildə kütləvi peyvəndləmənin sabah başlayacağı Almaniyada yaşı 80-dən yuxarı olan insanlar, tibb bacıları və xəstəxana işçilərinə vaksin vurulacaq.