Almaniyada 32 azərbaycanlı koronavirusa yoluxdu

Ümumilikdə 189 nəfər koronavirus testi verib

Almaniyada Azərbaycandan olan sığınacaq axtaranların da yaşadığı qaçqın yataqxanasında 32 nəfərdə COVID-19 aşkarlanıb.

AzNews.az xəbər verir ki, bu barədə Hamburq şəhər Polis Təşkilatı məlumat yayıb. Harburq qəsəbəsində yerləşən qaçqın yataqxanasında onlarla insanın koronavirusla bağlı verdiyi testin nəticələri pozitiv çıxıb. Polis, qəsəbə səhiyyə təşkilatı və yanğınsöndürən briqadaları əraziyə gələrək, 25 nəfəri yaxınlıqdakı Rahlştend qəsəbəsindəki idman zalına köçürüblər.

Yataqxana rəhbərliyindən bildirilib ki, ümumilikdə 189 nəfər koronavirus testi verib.