Rəsmi Kiyevdən İran açıqlaması

Ortaq bir mövqedə onlar adına da danışacağıq

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Tehranda vurulan Ukrayna Hava Yollarına məxsus təyyarə barədə açıqlama verib.

AzNews.az xəbər verir ki, nazir “Den” qəzetinə müsahibəsində “İranın ədalətdən qaçmasına icazə verməyəcəyik”, - deyə bildirib.

Kuleba faciənin araşdırıldığını, ədalətin qaçılmaz olduğunu, ancaq bunun vaxt aparacağını söyləyib. Bu hadisədə ölkəsinin tək olmadığını qeyd edən nazir “qəzadan təsirlənən ölkələrlə ortaq nöqtələrimiz var. Ortaq bir mövqedə onlar adına da danışacağıq”,- söyləyərək İranı müzakirəyə dəvət edib.

Qeyd edək ki, cari ilin 8 yanvarında İranın hava hücumundan müdafiə sistemi Ukraynanın “Boeing 737-800” mülki təyyarəsini ABŞ raketi ilə səhv salaraq Tehran yaxınlığında vurub.

Təyyarədə olan 176 sərnişinin hamısı həlak olub. İran səlahiyyətliləri əvvəlcə təyyarənin texniki səbəblərdən qəzaya uğradığını bildirsələr də, daha sonra Qərb liderlərinin təzyiqi altında təyyarənin insan səhvi nəticəsində vurulduğunu etiraf ediblər və lazım olan bütün təzminatları ödəməyə hazır olduqlarını açıqlayıblar.