Ölkə dəniz və quru sərhəd keçid məntəqələrini bağlayıb Ölkə dəniz və quru sərhəd keçid məntəqələrini bağlayıb

Səudiyyə Ərəbistanı bu tarixədək sərhədlərini açmayacaq

Ölkə dəniz və quru sərhəd keçid məntəqələrini bağlayıb

Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə əlaqədar sərhədlərini martın 31-dək bağlı saxlayacaq.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin “Al Arabiya” kanalı ölkənin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat yayıb. Bildirilir ki, martın 31-dən sonra ölkənin digər dövlətlərlə gediş-gəlişi bərpa olunacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koronavirusun yeni mutasiyası səbəbindən ötən il dekabrın 21-dən etibarən beynəlxalq uçuşları dayandırıb, dəniz və quru sərhəd keçid məntəqələrini bağlayıb.