59 tətbiqetmənin istifadəsinə daimi qadağa qoyulub 59 tətbiqetmənin istifadəsinə daimi qadağa qoyulub

Hindistan “TikTok”u həmişəlik qadağan etdi

59 tətbiqetmənin istifadəsinə daimi qadağa qoyulub

Hindistanın Elektronika və informasiya Texnologiyaları Nazirliyi “TikTok” da daxil olmaqla Çinin 59 tətbiqetməsinin ölkədə istifadəsinə həmişəlik qadağa qoyub.

AzNews.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb. Ötən ilin iyununda Hindistan hökuməti ölkənin suverenliyi, bütövlüyü və milli təhlükəsizliyi üçün "zərərli" hesab etdiyi 59 tətbiqetmənin istifadəsini müvəqqəti dayandırmışdı. Hökumət həmin tətbiqetmələrin səlahiyyətli şəxslərinə gizlilik və təhlükəsizlik daxil olmaqla, bir sıra suallara cavab vermək tələbi ilə müəyyən müddət vermişdi. Lakin şirkətlər tərəfindən verilən cavablar hind rəsmiləri razı salmayıb.

Bu səbəbdən 59 tətbiqetmənin istifadəsinə daimi qadağa qoyulub.

Qeyd edək ki, birdəfəlik qadağa qərarı Hindistanla Çin arasında Ladakh dağlıq bölgəsində qarşıdurmanın yaşanması fonunda verilib.