Pandemiyanın hələ uzun müddət insanların psixologiyasında təsiri qalacaq Pandemiyanın hələ uzun müddət insanların psixologiyasında təsiri qalacaq

ÜST Baş Direktoru:"Pandemiya II dünya müharibəsindən daha artıq travmaya səbəb oldu

Pandemiyanın hələ uzun müddət insanların psixologiyasında təsiri qalacaq

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Gebreyesus koronavirus pandemiyasının yaratdığı kütləvi travmanın İkinci Dünya Müharibəsindəkindən daha artıq olduğunu bildirib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, ÜST baş direktoru pandemiyanın zehni sağlamlığa təsirinin hələ uzun illər davam edəcəyini söyləyib.

“İkinci Dünya Müharibəsinin təsirindən sonra dünya böyük bir travma aldı. Koronavirus pandemiyası isə daha çox həyatlara təsir etdi” - deyə ÜST rəsmisi vurğulayıb.

ÜST-ün epidemioloqu Mariya Van Kerkov da zehni sağlamlığın prioritet olmasını vurğulayaraq, pandemiyanın hələ uzun müddət insanların psixologiyasında əhəmiyyətli təsir göstərəcəyini xəbərdar edib.

AzNews.az