Son bir gündə ölənlərin sayı 9,5 mindən çox artaraq 2,94 milyonu keçib Son bir gündə ölənlərin sayı 9,5 mindən çox artaraq 2,94 milyonu keçib

Dünyada son sutkada 567 mindən çox insan koronavirusa yoluxub

Son bir gündə ölənlərin sayı 9,5 mindən çox artaraq 2,94 milyonu keçib

Dünyada yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı son 24 saat ərzində 567 mindən çox artaraq, ümumilikdə 136,29 milyonu keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən açıqlanan hesabatda qeyd olunub.

Məlumata görə, son bir gündə ölənlərin sayı 9,5 mindən çox artaraq 2,94 milyonu keçib.

13 aprel Bakı vaxtı ilə saat 18:13-ə olan məlumata əsasən, 136 291 128 nəfər koronavirusa yoluxub, 2 941 128 nəfər isə bu virusdan ölüb. Xəstəliyə yoluxanların sayı son sutkada 567 849 nəfər, ölənlərin sayı isə 9521 nəfər artıb.

Ötən gün ərzində yoluxma hallarının 30%-dən çoxu Cənub-Şərqi Asiya (175 614) müşahidə edilib, ikinci yerdə Avropa (159 163), üçüncü yerdə Şimali və Cənubi Amerika (153 573) yer alıb.

İnfeksiya indiyədək ən çox ABŞ-da qeydə alınıb – 30 888 765 nəfər. Onun ardınca Hindistan (13 689 453), Braziliya (13 482 023), Fransa (4 987 689), Rusiya (4 657 883), Böyük Britaniya (4 373 347), Türkiyə (3 903 573), İtaliya (3 779 594), İspaniya (3 336 637), Almaniya (3 022 323), Polşa (2 599 850) və Kolumbiya (2 536 198) gəlir.

Aznews.az