Bolqarıstanda marafon can aldı: idmançı öldü

İdmançının ölümünün səbəbinin infarkt olduğu bildirilib

Bu gün Bolqarıstanın Varna şəhərində təşkil edilən marafonda iştirak edən idmançıların biri ölüb.

AzNews.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 124 idmanın qatıldığı marafonda 50 yaşlı idmançı qəfil yolda yerə yıxılıb.

İdmançının ölümünün səbəbinin infarkt olduğu bildirilib.

Qeyd edək ki, 6 ildir ki, Varnada təşkil olunan marafonda qaçış məsafəsi 42 km 195 metrdir.