Bundan sonra “İzzəddin əl-Kassam briqadası” Təl-Əvivə və onun ətrafına doğru 130 raket buraxıb Bundan sonra “İzzəddin əl-Kassam briqadası” Təl-Əvivə və onun ətrafına doğru 130 raket buraxıb

HƏMAS İsrailə daha 100 raket atdı

Bundan sonra “İzzəddin əl-Kassam briqadası” Təl-Əvivə və onun ətrafına doğru 130 raket buraxıb

HƏMAS hərəkatının “İzzəddin al-Kassam briqadası” silahlı qanadı sahil anklavındakı yaşayış evlərinə raket zərbələrinə cavab olaraq, İsrailin Beer-Şeva şəhərinə tərəf 100 raket buraxıb.

Bu barədə AzNews.az Fələstinin “Dunya Al Watan” informasiya portalına istinadən xəbər verir.

Bir qədər əvvəl İsrailin raket zərbəsi nəticəsində Qəzzanın mərkəzindəki əl-Cauhar yüksəkliyi tamamilə dağılıb. Zərbə zamanı yüksəklikdəki səkkizmərtəbəli binada heç kim olmayıb, çünki bundan əvvəl hamını tələm-tələsik evakuasiya ediblər, xəsarət alan yoxdur.

Bu, Qəzzada son bir neçə saat ərzində hücum zamanı məhv edilmiş ikinci hündürmərtəbəli binadır. Daha əvvəl İsrail aviasiyasının hücumlarından biri nəticəsində mehmanxana və ofislərin yerləşdiyi 14 mərtəbəli Burc Hanadi binası tamamilə dağıdılıb. Binada olanların hamısı vaxtında evakuasiya edilib. Bundan sonra “İzzəddin əl-Kassam briqadası” Təl-Əvivə və onun ətrafına doğru 130 raket buraxıb.

“Dunya Al Watan” portalının məlumatına görə, hazırda hava həyəcanı siqnalının səsləri Beer-Şeva, həmçinin Təl-Əviv şəhərlərində eşidilməkdədir.