- Dünyanın halı
- 17 İyun 2021 09:23
- 7 100
Putinlə Baydenin bir-birinə etdiyi hədiyyələr açıqlandı

Bu barədə CNN telekanalı mənbəsinə istinadən bildirib
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə büllur heykəlcik və firma günəş eynəyi hədiyyə edib.
AzNews.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbəsinə istinadən bildirib.
Onun sözlərinə görə, eynək “Aviator” markasındandır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, V.Putin öz həmkarına “Moskva” xoxloma yazı dəsti hədiyyə edib.
Qeyd edək ki, C.Baydenlə V.Putinin Cenevrədəki görüşü beş saata yaxın davam edib.