Hindistanda aktiv xəstə sayı azalmağa davam edir Hindistanda aktiv xəstə sayı azalmağa davam edir

Hindistanda 1005 nəfər koronavirusdan öldü

Hindistanda aktiv xəstə sayı azalmağa davam edir

Hindistan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində 48 min 786 nəfər virusa yoluxub, 1005 nəfər ölüb və 61 min 588 xəstə sağalıb. Müalicə alan xəstələrin sayı 523 min 257 nəfərdir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bir aydan çoxdur Hindistanda sağalma sayı gündəlik yeni yoluxmanın sayını keçsə də, səhiyyə sistemindəki yükünün qismən azaldığı müşahidə olunur.

29 milyon 488 min 918 insanın sağlamlığını qovuşduğu ölkədə sağalma nisbəti 97%-ə çatır. Xəstələrin ümumi sayı 30 milyon 411 min 634, virus səbəbindən ölənlərin sayı 399 min 459 nəfərdir.