"O çoxdan özünü buna hazırlayırdı" "O çoxdan özünü buna hazırlayırdı"

Ukrayna DİN rəhbəri niyə istefa verib?

"O çoxdan özünü buna hazırlayırdı"

“Arsen Avakov daxili işlər naziri vəzifəsindən Prezident Volodimir Zelenskinin xahişi ilə istefa verib”.

Bu barədə DİN nazir müavini Anton Geraşenko “Ukraina24” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Avakov “əbədi nazir” olmağı planlaşdırmayıb. Odur ki, Avakov prezidentin təklifini sakit qarşılayıb. “Avakov bu təklifi çox sakit qarşıladı, o çoxdan özünü buna hazırlayırdı”.

Geraşenko deyib ki, hazırda Avakov məzuniyyətdədir. Ukraynaya qayıtdıqdan sonra prezidentə köməyini davam etdirəcək.(azpost.info)