ÜST antitel testləri verməyin tərəfdarı deyil ÜST antitel testləri verməyin tərəfdarı deyil

Antitel testləri vermək lazım deyil, o analizlər əhəmiyyətsizdir – FDA və ÜST

ÜST antitel testləri verməyin tərəfdarı deyil

Amerikanın dərmanlara nəzarət qurumunun ardıyca Avropa Tibbi Assosiasiyası da vətəndaşları qanda antitel yoxlatmaqdan çəkindirən açıqlama verib.

Xəstəlikdən və vaksindən sonra antitel analizi verib, qanda antitelləri izləmək lazım deyil.

Peyvənd olunmaq üçün antitel analizinə gərək yoxdur. Əgər xəstəliyi keçirmisizsə, 6 ay sonra vaksin vurdura bilərsiz və vurdurmalısız.

Aznews.az xəbər verir ki, ÜST Rusiya nümayəndəsi Melita Vuynoviç də antitel analizləri verməməyi tövsiyə edib.

“Bir xəstəliyə qarşı immunitetin olub-olmamasını yoxlamaq çox çətin tapşırıqdır və onun üçün müxtəlif mürəkkəb və elmi laboratoriya analizləri lazımdır.

Adi testlərlə antitel yoxlamaq düzgün deyil, bu analizlərlə antitellərin həqiqətən xəstəliyə qarşı davamlı olub-olmaması, virusun qarşısını alıb-almayacağı bəlli olmur. Belə deyək,nəticələr çox nisbidir və heç nəyi əks etdirmir.

Ona görə ÜST antitel testləri verməyin tərəfdarı deyil”./medicina.az