- Dünyanın halı
- 24 Sentyabr 2021 10:14
- 3 459
"Taliban" Rusiyadan yardım istəyib

"Taliban" BMT-də xüsusi nümayəndəsinin tanınmasını istəyib
"Rusiya Əfqanıstanla BMT arasında vasitəçi ola bilər".
Bunu “Taliban” hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zəbiullah Mücahid “RİA Novosti”yə müsahibəsində bildirib.
“Rusiya BMT ilə bizim aramızda, o cümlədən sanksiyalarla təzyiqlərin səviyyəsinin azaldılması məsələsində vasitəçi ola bilər”, - o qeyd edib.
Z.Mücahid deyib ki, “Taliban” Rusiyadan Əfqanıstanda sülhün yaranması, eləcə də başqa dövlətlərlə münasibətlərin bərpası üçün səy göstərməsini istəyib.
Qeyd edək ki, "Taliban" BMT-də xüsusi nümayəndəsinin tanınmasını istəyib. (Report)