Böyük Britaniyanın "Daily Express" nəşri Üçüncü dünya müharibəsinin başlaya biləcəyi 6 ölkənin adını açıqlayıb Böyük Britaniyanın "Daily Express" nəşri Üçüncü dünya müharibəsinin başlaya biləcəyi 6 ölkənin adını açıqlayıb

Üçüncü Dünya müharibəsinin başlama riski olan regionlar

Böyük Britaniyanın "Daily Express" nəşri Üçüncü dünya müharibəsinin başlaya biləcəyi 6 ölkənin adını açıqlayıb

AzNews.az "RİA Novosti”yə istinadən Kaisi Lenqtonun məqaləsindən bir hissəni təqdim edir:

"ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar bir qarşıdurma yaranarsa, Tehran dünya neftinin 30 faizinin ixrac edildiyi Hörmüz boğazını bağlaya bilər. Bu isə Vaşinqtonun tərəfdaşları ilə münasibətlərinin pisləşməsinə, Suriya və Yəməndə yeni müharibə başlamasına gətirib çıxara bilər.

Qara qızıl səbəbindən İran və İsrail münasibətlərində də geniş miqyaslı qarşıdurma yaranma ehtimalı var. Eyni zamanda NATO müttəfiqi olan ABŞ və Türkiyə arasında münasibətlər də gərginləşib. Bu iki ölkə arasında vəziyyət daha da pisləşərsə, buna səbəb kürdlərlə bağlı fikir ayrılığı və Prezident Rəcəb Tayyib Ərdoğanın iddialı planları ola bilər".

Məqalədə yer alan məlumata görə, Ağ Ev Şimali Koreya ilə Çin arasında müharibəyə də səbəb ola bilər. Bundan başqa Hindistan və Pakistan arasında Kəşmirlə bağlı mübahisələrə görə müharibə başlaya bilər.

Lamiyə Əliyeva