- Dünyanın halı
- 15 Avqust 2022 21:12
- 3 236
Əfqanıstanda 25 talib öldürülüb

18-i yaralanıb, biri isə əsir götürülüb
Əfqanıstanın paytaxtı Kabilin “Taliban” tərəfindən ələ keçirilməsinin ildönümü günü Əfqanıstan Milli Müqavimət Cəbhəsi hərbi əməliyyatların intensivləşdiyini elan edib.
Aznews.az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Müqavimət Cəbhəsi məlumat yayıb.
Qeyd olunub ki, Əfqanıstan Milli Müqavimət Cəbhəsi hücuma keçib və bütün Pəncşir boyu “Taliban” mövqelərinə hücum edib.
Bildirilib ki, nəticədə “Taliban”ın 25 döyüşçüsü öldürülüb, 18-i yaralanıb, biri isə əsir götürülüb.