Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib

Kabildə bombalı hücum: Ölənlər və yaralılar var

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib

Əfqanıstanın paytaxtı Kabildə təhsil mərkəzinə bombalı hücum edilib.

AzNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takor "Twitter" səhifəsində yazıb.

Partlayış nəticəsində 19 nəfər ölüb, 27 nəfər yaralanıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, partlayışın arxasında ölkədə silsilə hücumlar həyata keçirən İŞİD-in Əfqanıstan qolunun olduğu güman edilir.

Züriyə Qarayeva