Ukrayna Belarusa xəbərdarlıq etdi

“Belarusun Ukraynaya qarşı müharibəyə qoşulmaq cəhdi onun üçün intihar olardı”.

AzNews.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

"Belarusun guya hücuma hazırlaşdığı barədə məlumatlar xüsusi olaraq yayılır. Belə saxtakarlıqlar Rusiya üçün sərfəlidir. Beləliklə, təcavüzkar ölkə ukraynalıları qorxutmağa çalışır.

Rusiya informasiya və psixoloji müharibənin elementlərindən istifadə edir. Biz demirik ki, Belarus ərazisindən təhlükə yoxdur. Təhlükə var. Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinə silah və zirehli texnika ilə kömək edir, amma yaxın vaxtlarda Belarusun birbaşa quru əməliyyatlarına qoşulması mümkün deyil”, - o bildirib.