Somali aclığın astanasındadır

Somalidə yeddi milyondan çox insan ərzaq çatışmazlığı ilə üzləşib.

Aznews.az xəbər verir ki, quraqlıq bir çox somalilinin əkinlərini və kənd təsərrüfatı heyvanlarını məhv edib.

Quraqlıq və zorakılıq səbəbindən minlərlə qaçqın Efiopiya ilə sərhəd yaxınlığında yerləşən Gedo bölgəsindəki izdihamlı düşərgələrə getməyə başlayıb.

Qeyd edək ki, Somali və qonşu ölkələrdə kamikadze hücumları ilə tanınan "Əl-Şabaab" terror təşkilatının ölkənin geniş ərazilərinə nəzarət etdiyinə görə yardım qruplarının bu bölgələrə girişi çətinləşib.

Mövsüm