İsrail əsgərləri 3 fələstinlini öldürüb

İordan çayının qərb sahilinin şimalındakı Cenin bölgəsində İsrail əsgərlərinin mülki fələstinlilərə atəş açması nəticəsində 3 fələstinli həlak olub.

AzNews.az xəbər verir ki, ölənlərdən ikisinin 29, digərinin isə 46 yaşı olduğu müəyyən edilib.

İsrail ordusundan verilən açıqlamada basqın zamanı 15 fələstinlinin saxlanıldığı bildirilib.

İsrail rəsmilərinə görə, bu il İsrail və işğal altındakı İordan çayının qərb sahilində baş verən hücumlarda ən azı 31 nəfər həlak olub.

Pərvanə