Netanyahu müdafiə nazirini istefaya göndərib

İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalantı istefaya göndərib.

Aznews.az xəbər verir ki, bu barədə bazar günü baş nazirin mətbuat xidmətindən məlumat verilib.

"Baş nazir Binyamin Netanyahu bu gecə müdafiə naziri Yoav Qalantı tutduğu vəzifədən istefaya göndərmək qərarı qəbul edib", - deyə mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Y.Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.