Şimali Koreyadan yeni raket sınağı

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlər keçirərkən, Şimali Koreya raket sınaqlarına yenisini əlavə edib.

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın 2 ballistik raket atdığını açıqlayıb.

Aznews.az xəbər verir ki, 50 kilometr hündürlüyə çatan qısa mənzilli raketlər havada 350 kilometr məsafə qət edərək Yapon dənizinə düşüb.

Cənubi Koreya ordusu səhər saatlarında Şimali Koreyanın şərq sahilləri yaxınlığında dənizə iki ballistik raket atdığını açıqlayıb.

Yaponiya həmçinin Şimali Koreya tərəfindən atılan raketlər olduğu güman edilən iki mərminin Yaponiyanın azad iqtisadi zonası xaricindəki sulara düşdüyünü açıqlayıb.

Mövsüm