Şimali Koreya lideri nüvə arsenalını genişləndirmək istəyir

Şimali Koreya lideri Kim Çen In ölkəsinin silah səviyyəli nüvə təchizatını artırmağa çağırıb.

O bildirib ki, silahlar hər an istifadəyə hazır olmalıdır.

Şimali Koreya lideri vurğulayıb ki, onun ölkəsi nüvə silah sistemlərini mükəmməl şəkildə hazırlasa, düşmən onlardan qorxacaq və ölkənin suverenliyini, sistemini, xalqını təhrik edə bilməyəcək.