Kolumbiyada yerli lider silahlı hücumda öldürüldü

Cənubi Amerika ölkəsi Kolumbiyanın Boyaka inzibati bölgəsindəki Zulia kəndində Asomipaz icmasının lideri Qonzalo Xesus Para Fereroya silahlı hücum olub.

AzNews.az xəbər verir ki, hadisə nəticəsində yerli lider həlak olub.

Hücumla bağlı araşdırmalara başlanılıb.

Ombudsman Aparatı və Kolumbiya İnkişaf və Sülh Araşdırmaları İnstitutu (İndepaz) liderə hücumu pisləyib.

Qurum ilin əvvəlindən bu yana ölkədə 33 icma liderinin qətlə yetirildiyini, 2016-cı ilin noyabrında Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) ilə əyalət arasında imzalanan sülh razılaşmasından sonra öldürülənlərin sayının 1442-yə qalxdığını bildirib.