Almaniya MN: “Leopard 2” tankarının ilk partiyası Ukraynaya göndərildi

"Leopard 2" tipli tankların ilk partiyası Almaniyada Ukraynaya göndərilib.

AzNews.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Mövzu ilə bağlı açıqlamaya görə, tankların istifadəsi ilə bağlı təlimdən sonra 18 tank Ukraynaya təhvil verilib.

Almaniyanın müdafiə naziri Boris Pistorius tankların cəbhə xəttində həlledici töhfə verə biləcəyinə əmindir.