ABŞ Senatı Türkiyə və Suriyaya dəstək qanun layihəsini təsdiqləyib

ABŞ Konqresi Türkiyə və Suriyada zəlzələ fəlakətindən zərər çəkənlərə dəstəyin göstərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Aznews.az xəbər verir ki, fevralın 16-da təqdim edilən qətnamə layihəsində zəlzələlərdə çoxlu sayda insanın həyatını itirdiyi, minlərlə insanın zərər çəkdiyi xatırladılıb.

Senatorlar ABŞ hökumətini iki ölkənin yenidənqurma səylərini dəstəkləməyə çağırıblar.

Hökumətə axtarış-xilasetmə və yanğınsöndürmə qrupları, struktur mühəndisləri, tibb işçiləri və təchizat və texniki ekspertlərdən dəstək vermək üçün dəvət olunub.

Demokrat Partiyasının təqdim etdiyi layihədə iki ölkə xalqına başsağlığı verilib.

1939-cu ildən bəri ən güclü zəlzələlərin Türkiyədə baş verdiyi qeydə alınıb.

“NATO müttəfiqi Türkiyəyə başsağlığı veririk”, - bəyanatda qeyd olunub.

Mövsüm