- Mahal
- 14:27
- 1 326
Gəncədə yaşayış binasında partlayış olub - YENİLƏNİB

Gəncə şəhəri, Fikrət Əmirov küçəsində mənzildə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 36 m² olan mənzildə baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Gəncə şəhərində yaşayış binasında partlayış baş verib.
Hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən binaların birində qeydə alınıb.
Yaşayış binasında mənzillərin birində baş vermiş partlayış nəticəsində şəxsiyyəti hələ dəqiqləşdirilməyən bir nəfər ölüb, 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədova isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


