- Pullu iş
- 11:26
- 1 070
"Azərbaycan Beynəlxalq Bankı"nın əsas rəhbərliyinə ödəniş 48 %-ə yaxın artıb

2024-cü ildə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) əsas rəhbərliyinə ödəniş 27,195 milyon manat təşkil edib.
Bu, 2023-cü illə müqayisədə 8,759 milyon manat və yaxud 47,5 % çoxdur.
ABB-nin əsas rəhbərliyinə Bankın İdarə Heyətinin üzvləri (7 nəfər), icraçı direktorlar və departament direktorları (4 nəfər) daxildir.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.