İsrail: Suriyadan göndərilən naməlum uçuş aparatı məhv edilib

Suriyadan İsrailin hava məkanına naməlum uçuş aparatı daxil olub.

AzNews.az xəbər verir ki, bu barədə İsrail ordusu yazılı açıqlama yayıb.

Açıqlamada cismin hava qüvvələri tərəfindən izləndiyi, bundan sonra döyüş təyyarələri və helikopterlərin havaya qalxması əmri verildiyi və açıq sahədə vurulduğu qeyd edilib.

Xatırladaq ki, Əsəd rejimi martın 31-də Dəməşqin bəzi məntəqələrinin İsrail tərəfindən hədəf alındığını açıqlayıb.

Hücum zamanı İnqilab Keşikçiləri Ordusunun üzvləri mayor Milad Haydari və kapitan Mikdad Mehkaninin həyatını itirdiyi bildirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, ölkəsi lazımi vaxt və yerdə cavab vermək hüququnu özündə saxlayır.