ABŞ “British Airways”i cərimələyib

ABŞ Nəqliyyat Departamenti Böyük Britaniyada yerləşən “British Airways” (BA) aviaşirkətini pandemiya zamanı uçuşların təxirə salınması səbəbindən sərnişinlərə qaytarılmadığı üçün 1,1 milyon dollar cərimələyib.

Aznews.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, barəsində 1200-dən çox şikayət daxil olan aviaşirkət sərnişinlərə ödənişləri vaxtında həyata keçirməyib.

BA isə ittihamları rədd edərək, “hər zaman qanuna uyğun hərəkət etdiyini” deyib.

Nazirlikdən verilən məlumata görə, şirkətin internet saytında 2020-ci ilin mart-noyabr ayları arasında sərnişinlərdən ləğv edilmiş və ya dəyişdirilmiş uçuş tarixləri ilə bağlı BA ilə telefonla əlaqə saxlamaları xahiş olunub.

Lakin bu zənglər zamanı sərnişinlər aylarla müştəri xidmətlərinə müraciət edə bilməyiblər.

Şirkətin internet saytında pulların geri qaytarılmasını tələb etmək imkanının olmadığı bildirilən nazirliyin açıqlamasında, BA-nın internet saytındakı yanlış məlumatların istehlakçıların 2020-ci ilin mart-noyabr ayları arasında səhvən səyahət kuponu istəməsinə səbəb olduğu qeyd edilib.

Mövsüm