Şimali Koreya BMT-nin baş katibi Quterreşi ölkələrə bərabər davranmağa çağırıb

Şimali Koreyanın Xarici İşlər Nazirliyi Pxenyanın peyk buraxılışını pisləyən BMT-nin baş katibi Antonio Quterreşi BMT-yə üzv dövlətlərlə bərabər davranmağa çağırıb.

Aznews.az xəbər verir ki, Şimali Koreya bu dəfə hərbi kəşfiyyat peyki buraxmaq cəhdini pisləyən Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşi hədəfə alıb.

Şimali Koreya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Co Çol Su, Quterreşin bəyanatını ölkəsinin qanuni suveren hüquqlarını pozan “uyğun olmayan davranış” kimi qiymətləndirərək, bu ədalətsiz yanaşmanı rədd etdiklərini vurğulayıb.

“Suverenliyin bərabərliyi, suveren hüquqlara hörmət və daxili işlərə qarışmamaq prinsipləri BMT nizamnaməsinin əsas ruhunu, eləcə də BMT-nin təsis fəlsəfəsinin əsasını təşkil edir”,-deyə Co Çol Su qeyd edib.

"Əgər BMT-nin Baş katibi Quterreş ölkəmizin peyk buraxılışı ilə bağlı mövqeyini izah etməyi öz vəzifəsi hesab edirsə o, ilk növbədə BMT nizamnaməsində təsbit olunmuş mandatına uyğun olaraq BMT-nin 190-dan çox üzvü ilə bərabər rəftar etməyi öyrənməli və digər ölkələrin peyk buraxılışına niyə etiraz etmədiyini, bunun üçün yalnız Şimali Koreyanı günahlandırdığını izah etməlidir",-deyə Co Çol vurğulayıb.

Mövsüm