İspaniyanın 5 bələdiyyə başçısı püşkatma ilə seçilib

İspaniyada yerli seçkilərin keçirildiyi 8131 yaşayış məntəqəsindən 5-də namizədlərə bərabər səslər verilib.

Aznews.az xəbər verir ki, ölkədəki seçki qanunlarına görə bərabərlik halında bələdiyyə sədri püşkatma yolu ilə müəyyən edilməli olduğundan əhalisi 550 ilə 2000 arasında olan bu yerlərdə bələdiyyə sədrlərini müəyyən etmək üçün püşkatılıb.

Bələdiyyə binalarında ictimaiyyət qarşısında təşkil edilən püşkatma mərasiminin qalibləri növbəti seçkilərə qədər 4 il xidmət edəcəklər.

Qeyd edək ki, müxalifətdəki sağ partiyaların yerli seçkilərdə qazandığı böyük uğura görə Baş nazir Pedro Sançez ispanların normal olaraq ilin sonunda keçiriləcək ümumi seçkiləri təxirə salaraq 23 iyulda seçkiyə gedəcəklərini açıqlamışdı.

Mövsüm